“Öz səhvimiz ucbatından iki xal itirdik” – Lempard

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Vest Bromviç”lə 3:3 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Frenk Lempard oyundan sonra açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, xal itkinin səbəbini futbolçuların etdiyi səhvlərdə görüb:

“Qollara səbəb olacaq səhvlər etdik, bu da Premyer Liqadakı belə bir oyunu çətinləşdirir. Futbolçularım vəzifələrinin öhdəsindən gəlmək üçün əla xarakter göstərdilər, amma həm də üç qol buraxmağımıza səbəb olan səhvlər etdik. Komandanın hesabda geridönüş etməsini yüksək qiymətləndirirəm, amma səhv etməsəydik, buna da ehtiyac qalmazdı. Öz səhvimiz ucbatından iki xal itirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button