ABŞ-dan Messiyə təklif

2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubu “Barselona”nın futbolçusu Lionel Messi ilə maraqlanır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klubun prezidenti olan İngiltərə millisinin sabiq üzvü Devid Bekhem argentinalı oyunçu ilə “İnter Mayami”yə keçidi haqda danışıb. Bekhemin Messiyə yüksək məbləğli müqavilə təklif etdiyi bildirilir.

Bekhemin bir müddət əvvəl “Barselona”dan Luis Suares və Serxio Busketslə də maraqlandığı iddia olunurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button