Əliyev oynadı, “Ufa” 1/8 finala yüksəldi

Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Çayka” ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqayın adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button