Zubir 200-ə çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button