Əvəzedici heyətə göndərilən 2 futbolçu bağışlandı – “Zirə”də

“Zirə” klubunda əvəzedici komandaya göndərilən futbolçular Təmkin Xəlilzadə və İlkin Muradov əfv edilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarımmüdafiəçi yenidən əsas komandaya qaytarılıb.

Xəlilzadə və Muradov bir müddət əvvəl transferə çıxarılmışdı. Onlar məşqlərini əvəzedici heyətdə davam etdirirdilər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button