Rəşad Sadıqovdan Mahirə dəstək FOTO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Polşanın “Legiya” klubu ilə müqavilə imzalayan Mahir Emreliyə dəstək olub.

Komanda.az xəbər verir ki, Sadıqov, “instagram”da Mahirlə fotosunu paylaşaraq, bunları qeyd edib:

“Yolun açıq olsun, Mahir! Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən! İnşallah!”

Rəşad Sadıqov Mahirlə həm Azərbaycan millisində, həm də “Qarabağ”da birlikdə çıxış edib.