“Turan Tovuz”la “Sabah” da yarımfinala yüksəldi

Martın 3-də Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Bu komandaların ilk duelində qapılara qol vurulmamışdı. Cavab görüşündə qalib gələn “Zirə” yarımfinala yüksəlib.

Bu gün isə yarımfinala vəsiqə uğrunda “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib. İlk oyunda Şamaxı təmsilçisi evdə 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə inamlı qələbəyə sevinən “Qarabağ” yarımfinala vəsiqə qazanıb.

1/4 final mərhələsinin qalan cavab oyunları bu gün keçirilib.

“Turan Tovuz” ilk matçda minimal hesabla məğlub etdiyi “Kəpəz”lə qarşılaşıb. Tovuz təmsilçisi Yevlaxdakı matçda da qələbə qazanmaqla adını yarımfinala yazdırıb. Kurban Berdıyevin komandası yarımfinalda “Zirə” ilə görüşəcək.

“Sabah” isə yarımfinala vəsiqə qazanmaq üçün “Qəbələ”ni məğlub etməyə çalışb. Bu komandaların ilk görüşündə qapılara qol vurulmamışdı. Cavab görüşündə 6 qol vurulsa da, yenə qalib müəyyənləşməyib. Bu üzdən tərəflər yarımfinalçını penaltilər seriyasında müəyyənləşdiriblər. Daha dəqiq olan “Sabah” yarımfinala yüksəlib. “Bayquşlar” yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan kuboku, 1/4 final
Cavab oyunları

3 mart

Zirə – Sumqayıt 2:0
Qollar
: Davit Volkov, 27. Ceyhun Nuriyev, 88.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badalo.
Baş məşqçi: Saşa İliç.

4 mart

Qarabağ – Şamaxı 3:1
Qollar: Emmanuel Addai, 6; 81. Leandro Andrade, 63 – Karim Rossi, 31.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

5 mart

Kəpəz – Turan Tovuz 0:2
Qol: Xorxe Silva, 13. Hurtado, 51.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu
İlk oyun – 0:1

Kəpəz: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 30. Ruslan Quliyev 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

Turan Tovuz: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev

Qəbələ – Sabah 3:3 (penaltilər 2:4)
Qollar: İsmael Akinade, 88; 90. Nuğay Rəşidov, 114 – Timoteuş Puxaç, 31; 62. Coy Lens Mikels, 105.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
İlk oyun – 0:0

Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

Sabah: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 83. Stefan Ende
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 22. Zinedin Uld Xaled 7. Umarali Raxmonaliyev 53. Andrey Santos 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button