“Atalanta” ilə oyundan əvvəl “Yuventus”da sevinc

“Yuventus”un zədəli futbolçuları Federiko Bernardeski və Corco Kyellini sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun zədəsini tam sağaltdığı bildirilib.

Kyellini və Bernardeski A Seriyasında “Atalanta”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər.

“Yuventus” – “Atalanta” matçı noyabrın 27-də, saat 20:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button