“Ronaldo mənə məsləhət verir” – “Yuventus”un yeni transferi

“Yuventus”un yeni transferi Kayo Jorje açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan braziliyalı hücumçu, komanda yoldaşı Kriştiano Ronaldodan ilham aldığını bildirib:

“Ronaldo hər zaman məni ruhlandırır. “Youtube”də onun videolarını izləyirdim. Əla oyunçudur və ümid edirəm ki, ondan çox şey öyrənə bilərəm.

Ronaldo mənə məsləhət verir. Artıq bəzi şeyləri öyrənməyə başlayıram. Ronaldo fantastikdir. Onunla yanaşı, Paulo Dibala və Corco Kyellinidən də çox şey öyrənəcəm”.

“Yuventus” Kayonu Braziliyanın “Santos” klubundan transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button