“Roma”dan yeni baş məşqçi ilə çətin qələbə

İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider “Yuventus” “Udineze”ni sınağa çəkib. Turin təmsilçisi bu oyunda darmadağınla qalib gələrək zirvədəki mövqeyini daha da möhkəmləndirib.

“Milan” bu turda “Kyevo”nun qonağı olub. Qarşılaşma milanlıların çətin qələbəsiylə yekunlaşıb. “Parma” isə evdə “Cenoa”nı tək qolla üstələyib.

“Napoli” “Sassuolo” səfərinə yollanacaq. Turun maraqla gözlənilən qarşılaşmasında “Fiorentina” doğma azarkeşləri önündə “Latsio” ilə üz-üzə gələcək.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. Lider “Yuventus”un əsas izləyicisi “Napoli” “Sassuolo” ilə səfər oyununda xal itirib. “Fiorentina” – “Latsio” matçında da qalib müəyyənləşməyib. “İnter” SPAL-la, “Bolonya” isə “Kalyari” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Torino” səfərdə “Frozinone”dən, “Atalanta” da “Sampdoriya”dan üstün olub.

Son oyun günündə bir görüş baş tutub. Eusebio Di Françeskonu qovaraq onu Klaudio Ranyeri ilə əvəz edən “Roma” köhnə-yeni baş məşqçisinin rəhbərliyi altında “Empoli”ni qəbul edib. Paytaxt təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.

İtaliya A Seriyası, 27-ci tur

8 mart

Yuventus – Udineze 4:1
Qol: Kin, 11; 39. E.Can, 67-pen. Matuidi, 71 – Lasanya, 84.

9 mart

Parma – Cenoa 1:0
Qol: Kuçka, 78.

Kyevo – Milan 1:2
Qol: Hetemay, 41 – Bilya, 31. Piatek, 57.

10 mart 

Bolonya – Kalyari 2:0
Qol: Pulqar, 34. Soriano, 77.

Frozinone – Torino 1:2
Qol: Paqanini, 42 – Belotti, 56; 77.

İnter – SPAL 2:0
Qol: Politano, 67. Qalyardini, 77.

Sampdoriya – Atalanta 1:2
Qol: Kvalyarella, 67-pen – Sapata, 50. Qosens, 77.

Sassuolo – Napoli 1:1
Qol: Berardi, 52 – İnsinye, 86.

Fiorentina – Latsio 1:1
Qol: Muriel, 61 – İmmobile, 23.

11 mart

Roma – Empoli 2:1
Qol: El Şaaravi, 9. Şik, 33 – J.Jezus, 12-öz qapısına.

Bombardir: Kşiştof Pyatek (Milan), Fabio Kvalyarella (Sampdoriya) – 20 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button