“Yuventus” yarışdan kənarda qalıb? Məncə, hə”

“Yuventus”un sabiq baş məşqçisi Fabio Kapello açıqlama verib.

Komanda.az xəbər verir ki, 75 yaşlı mütəxəssis, “qoca sinyora”nın A Seriyasında çempionluq yarışından kənarda qaldığını deyib:

“Yuventus” yarışdan kənarda qalıb? Məncə, hə. Onsuz da zirvədən çox uzaqdadırlar və onlardan qabaqda çox komanda var. A Seriyası çətin çempionatdır. “Napoli”, “Milan”, “İnter”, “Roma” kimi komandalara qarşı oyunlarda mütləq xal qazanmalısız. Əksi olarsa, vəziyyət qarışır”.

“Yuventus” A Seriyasında 7-ci pillədədir. Turin təmsilçisi lider “Napoli”dən 10 xal geridədir.

Kapello 2004-2006-cı illərdə “Yuventus”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button