“Yuventus” rəsmisindən Donnarumma ilə bağlı açıqlama

“Yuventus”un idman direktoru Fabio Paratiçi son vaxtlar adı klubla hallanan “Milan”ın qapıçısı Canluici Donnarumma ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sport İtalia” nəşrinə danışan 48 yaşlı funksioner, Donnarummanın “Milan”a məxsus olduğunu deyib:

“Təkcə Donnarumma deyil, hər transfer pəncərəsi dövründə bir çox futbolçunun adı klubumuzla hallanır. Artıq belə şayiələrə öyrəşmişik. Donnarumma əla futbolçudur, lakin o, “Milan”a aiddir”.

“Milan”la müqaviləsi mövsümün sonuna qədər olan Donnarummanın azad agent kimi “Yuventus”a keçəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button