“Yuventus” onu transfer etmək istəyir

“Yuventus” “Fiorentina”nın futbolçusu Federiko Kyezanı birdəfəlik transfer etmək istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Turin klubu futbolçu üçün 40 milyon avro, əlavə olaraq 10 milyon avro da bonus olaraq ödəyəcək. İtaliyalı yarımmüdafiəçinin icarə haqqı 10 milyon avrodur.

Müqavilə ilə “Fiorentina”ya məxsus olan Kyeza 2020-ci ildən icarə əsasında “Yuventus”da forma geyinir.

Kyeza bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button