“Yuventus”un futbolçusu üçün mövsüm bitdi

İtaliyanın “Yuventus” klubunun futbolçusu Ueston Makkenni mövsümün sonunadək sıradan çıxıb.

Komanda.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Vilyarreal”la UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda zədələnib.

Futbolçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağının iki sümüyündə sınıq aşkarlanıb.

“Vilyarreal” – “Yuventus” matçı 1:1 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button