ÇL: “Qalatasaray”la oyun bizim üçün çox vacib matçdır”

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün İstanbulda “Qalatasaray”a qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, amerikalı futbolçu hər oyunu qazanmaq istədiklərini bildirib:

“Bu, bizim üçün çox vacib matçdır və biz hər oyunu qazanmaq istəyirik. Çünki biz “Yuventus”uq. Mən illər əvvəl burada oynamışam, atmosferi və azarkeşləri çox yaxşı tanıyıram. Amma bu, üzərimizdə əlavə təzyiq yaratmır. Bu, yeni təcrübədir və biz qalib gəlmək istəyirik”.

Cavab matçı fevralın 25-də Turində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button