“Yuventus”u seçdiyim üçün peşman deyiləm”

“Yuventus”un futbolçusu Matteys de Liqt açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Athletic” nəşrinə danışan niderlandlı müdafiəçi, “Yuventus”u seçdiyinə görə peşman olmadığını bildirib:

“Müdafiəçi üçün hər çağırış yeni bir mübarizədir. İtaliya çempionatında legionerlər üçün oynamaq çətindir, amma bunların öhdəsindən gələcəm. Çətinliklərə baxmayaraq, buranı sevirəm. “Yuventus”u seçdiyim üçün peşman deyiləm, həqiqətən, burda xoşbəxtəm.

Corco Kyellini və Leonardo Bonuççi ilə bir komandada olduğum üçün çox şanslıyam. Əvvəllər onları televiziyada izləyirdim. Bonuççi hücumların başladılmasında xüsusi rol oynayır. Hər zaman onunla bunu müzakirə edirik. Kyellini də hücumların qarşısını almaqda mahirdir. Niderland millisində də Vircil van Daykla birgə oynayıram. Lakin futbolçu gərək öz oyun tərzini müəyyənləşdirsin”.

De Liqt 2019-cu ilin yayında “Yuventus”a keçib. 21 yaşlı müdafiəçi bu mövsüm Turin klubunda 10 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button