“Təəssüf ki, “Milan” azarkeşi idim” – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Corco Kyellini maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, keçmişdə “Milan” azarkeşi olduğunu deyib:

“Təəssüf ki, “Milan” azarkeşi idim, ancaq keçdi. İllər keçdikcə ağıllandım.

Paolo Maldini ən sevdiyim futbolçu idi. Qardaşım “Yuventus”a, mən də “Milan”a azarkeşlik edirdim. 20 yaşımda “Yuventus” məni alanda, qardaşım çox xoşbəxt olmuşdu. Torinoya köçdükdən sonra bu kluba aşiq oldum. İndi bu dünyada “Yuventus”u mənim qədər sevən ikinci bir adam yoxdur”.

2004-cü ildən “Yuventus”da forma geyinən Kyellini, Turin təmsilçisinin heyətində 500-dən çox oyuna çıxıb, 18 dəfə də titul qazanıb.