Komanda yoldaşı Ronaldonu milyarderlə müqayisə etdi

“Yuventus”un futbolçusu Adrien Rabiot maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi, komanda yoldaşı Kriştiano Ronaldo ilə amerikalı milyarder və mühəndis İlon Maskı müqayisə edib:

“Ronaldonun uğurları göz qabağındadır. Hər gün çox çalışır. O, həyatının bütün sahələrində belədir. Ronaldonu İlon Maskla müqayisə etmək olar. Onlar hər ikisi heç vaxt dayanmadan çalışan insanlardır”.

İlon Mask “SpaceX” və “Tesla” şirkətlərinin sahibidir. Onun sərvəti 173,6 milyard dollardır.