“Yuventus”la Di Marianın agentləri arasında görüş

“Juventus” PSJ-nin yarımmüdafiəçisi Anxel Di Marianın agentləri ilə görüşüb və onun mümkün transferinin təfərrüatlarını müzakirə edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yayda futbolçunun azad agent kimi Paris klubundan ayrılacağı bildirilir. PSJ argentinalı futbolçu ilə müqaviləni yeniləmək fikrində deyil.

Di Maria ilə “Barselona”, “Atletiko” və “İnter” də maraqlanırdı.

34 yaşlı futbolçu bu mövsüm PSJ-də 22 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button