“Yuventus”dan ayrılmağı düşünür

“Yuventus”un hücumçusu Federiko Kyeza bu yay klubunu tərk edə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Kyeza Turin təmsilçisindən ayrılmağı ciddi şəkildə düşünür. Çünki klub Çempionlar Liqasına vəsiqə qazana bilməyib və hələ ki, ona yeni müqavilə təklif edilmir.

İtalyan hücumçunun getməsi üçün həm “Yuventus”a, həm də futbolçuya uyğun təklif lazımdır.

Kyeza iyun ayında İngiltərə təmsilçisi “Aston Villa”dan təklif alıb, lakin bu yay özünə daha güclü komanda tapacağına ümid etdiyi üçün təklifi rədd edib.

Hücumçunun “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, 2022/23 mövsümündə “Yuventus”un heyətində 33 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button