“Yuventus”da yeni müqavilə

“Yuventus” qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

“Yuventus”un yetirməsi olan Karlo Pinsolyo 2010-cu ildən əsas komandanın heyətində yer alır. Bu vaxtadək müxtəlif komandalara icarəyə verilən qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button