“Yuventus”da iki itki

“Yuventus” Çempionlar Liqasının 1/4 final mərhələsində sabah “Ayaks”la qarşılaşacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi oyun öncəsi son məşqini keçirib. Portuqaliya millisinin heyətində zədələnən Kriştiano Ronaldo məşqdə iştirak edib və sabah “Ayaks” qarşısında forma geyinə biləcək.

Əmrə Can və Corco Kyellini isə komandanın son məşqində iştirak etməyib. Hər iki futbolçunun “Ayaks”la matçda oynayıb-oynamayacağı sual altındadır.

“Ayaks” – “Yuventus” matçı sabah, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button