“Yuventus”da ayrılıq

İtaliya çempionu “Yuventus” fransız yarımmüdafiəçisi Blez Matuidi ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçunun 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Xidmətlərinə görə fransız yarımmüdafiəçiyə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən “Yuventus”a keçən Matuidinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasına transfer olacağı gözlənilir.

Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button