
“Yuventus”un müdafiəçisi üç klubun “radar”ındadır
“Yuventus”un müdafiəçisi Lloyd Kelli İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçuyla “Çelsi” və “Tottenhem”, eləcə də Premyer Liqanın hazırkı çempionu “Liverpul” maraqlanır.
Kelli bu mövsüm “qoca sinyora”nın heyətində 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



