“Yuventus” “Mançester Siti”nin hücumçusunu istəyir

“Mançester Siti”nin hücumçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Daily Star”a istinadən xəbər verir ki, “Yuventus” klubu braziliyalı futbolçunun transferində maraqlıdır. “Mançester Siti” futbolçunun 65 milyon funt-sterlinqə satılması təkliflərini nəzərdən keçirməyə hazırdır.

“Şəhərlilər” Jesuzun satışından əldə olunan pulu Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın alınmasına sərf etməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button