“Bu, komanda üçün də yaxşı transfer oldu” – “Yuventus”un müdafiəçisi

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Leonardo Bonuççi açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, “qoca sinyora”nın yeni transferləri haqqında danışıb:

“Matteys de Liqt hazırda dünyanın ən gənc müdafiəçisidir və bu keçidin reallaşdırılması lazım idi. Bu, komanda üçün də yaxşı transfer oldu. De Liqt, Merih Demiral və Daniele Ruqani bütün turnirlərdə rəqabət apara bilməyimizə kömək edəcək istedadlı futbolçulardır”.

Turin təmsilçisindən ayrılacağı deyilən italiyalı futbolçu, “Yuventus”da xoşbəxt olduğunu bildirib:

“Yuventus” mənim evimdir. Burda nələr edə biləcəyimi bilirəm və ən doğru yerdə olduğumu hiss edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button