“İnter”dən ayrılmaq istəyən futbolçu “Yuventus”a keçə bilər

“Yuventus” klubu qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “İnter”dən ayrılmağı düşünən Matias Vesinonu heyətinə qatmaq istəyir. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

“İnter”də az şans qazanan Vesino qışda klubu tərk etmək istəyir. “neradzurra” 30 yaşlı yarımmüdafiəçini satmağa razıdır.

Vesino bu mövsüm “İnter”lə A Seriyasında 12 oyuna çıxıb.