“Yuventus” 4 futbolçusuna alıcı axtarır

“Yuventus” hücumçusu Moyze Kin, yarımmüdafiəçilər Adrien Rabio, Aaron Remzi və Artur Melo üçün alıcı tapmağa çalışır.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, Turin klubu heyətini ciddi şəkildə yeniləməyi düşünür. Üç yarımmüdafiəçinin müqaviləsi gələn ilin yayında başa çatır və klub rəhbərliyinin onlar üçün transfer olunacaqları komanda tapmağa çox az vaxtı qalıb.

Moyze Kinin “Yuventus”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Daha əvvəl “Nottingem Forest”in onunla müqavilə bağlamaqda maraqlı olduğu bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button