
“Yuventus” braziliyalı hücumçu ilə maraqlanır
“Yuventus” “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jezusu transfer etmək variantını nəzərdən keçirir.
London klubu müqaviləsinin müddətinin başa çatmasına bir il qalan futbolçu ilə bağlı sərfəli təkliflərə açıqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 29 yaşlı oyunçunun vəziyyətini yaxından izləyir. Bildirilir ki, London təmsilçisi yay transfer pəncərəsində heyətinə yeni hücumçu qatsa, Jezusun komandadan ayrılmaq ehtimalı daha da arta bilər.
Jezus ötən mövsüm baş məşqçi Mikel Artetanın rəhbərliyi altında bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



