“Bu əfsanəvi kluba qoşulmaq mənim üçün böyük şərəfdir”

“Marsel”in yeni baş məşqçisi Jan-Lui Qasse bu vəzifəyə təyinatından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı məşqçi yeni vəzifəsinə görə xoşbəxtdir:

“Bu əfsanəvi kluba qoşulmaq mənim üçün böyük şərəfdir. Qarşıdakı matçlara hazırlaşmaq, əlimdən gələnin ən yaxşısını vermək və komanda ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.

70 yaşlı mütəxəssis istefaya göndərilən sabiq baş məşqçi Cennaro Qattuzonu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button