DÇ-2022: “Zəif çıxış etdik” – Keyn

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun ABŞ-la matçını şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, futbolçu fürsətlərdən yararlana bilmədiklərini deyib:

“Topa sahib olmada üstün tərəf biz idik. Lakin zəif çıxış etdik. İranla oyundan fərqli olaraq komanda işi çatmırdı. İki-üç fürsətimiz oldu, amma onlardan yararlana bilmədik. ABŞ yaxşı təzyiq göstərdi”.

Harri Keyn dünya çempionatında keçirilən oyunların asan olmadığını bildirib:

“Daha yaxşı oynaya biləcəyimizi bilirik. Dünya çempionatında heç bir oyun rahat deyil. İlk matçdan sonra azarkeşlər bütün komandaları məğlub edəcəyimizi düşündülər”.

B qrupunda İngiltərə liderdir. (4 xal). İran ikinci (3 xal), ABŞ üçüncü (2 xal), Uels isə sonuncudur. (1 xal).

Noyabrın 29-da İngiltərə Uels, ABŞ isə İran millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button