Tokio marafonu təxirə salındı

Yaponiyanın paytaxtı Tokioda hər il keçirilən Tokio marafonu təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.

Tokio Marafon Fondu keçirdiyi iclasda paytaxtda koronavirusa yoluxma hallarının artmasına görə, marafonun ertələndiyini bildirib. Yarışın təşkilatçıları idmançılardan və xalqdan üzr istəyib.

Bu ilin avqust və sentyabr aylarında Tokioda Yay Olimpiya və Paralimliya Oyunları keçirilib.