“Yamalla qürur duyuruq”

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo, komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Yamalın inkişafını yüksək qiymətləndirib:

“Yamalı kənardan izləyən hər kəs onun necə böyüdüyünü və oyun üslubunun necə dəyişdiyini görür. Biz onunla qürur duyuruq və onun səviyyəsindən, qollarından, eləcə də qazanmağımıza kömək etdiyi qələbələrdən həmişə zövq alırıq”.

18 yaşlı Yamal cari mövsümdə bütün turnirlər daxil olmaqla 40 oyunda meydana çıxıb, 21 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Barselona” İspaniya La Liqasında növbəti oyununu aprelin 4-də “Atletiko”ya qarşı keçirəcək. Komanda hazırda topladığı 73 xalla La Liqada turnir cədvəlinə başçılıq edir və 2-ci pillədəki “Real”dan 4 xal qabaqdadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button