
Poqba Yamala məsləhət verdi
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba, İspaniya millisinin və “Barselona”nın oyunçusu Lamin Yamal haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçu haqda bunu deyib:
“Yamal çox gənc oyunçudur, özünü əla hiss edir. Düşünürəm ki, futbola diqqət yetirməli və digər şeyləri kənara qoymalıdır. Özünü düzgün insanlarla əhatə etməlidir. Ailəsi və agentləri karyerasında həlledici rol oynayacaq. Hazırda dünyanın ən yaxşısı deyilsə, deməli, şübhəsiz ki, ilk üçlükdədir”.
Yamalın “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. “Transfermarkt” 18 yaşlı oyunçunun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



