Məşhur futbolçu Terri ilə Van Daykı müqayisə etdi

Hazırda “Melburn Viktory”nin (Avstraliya) futbolçusu olan Xuan Mata, “Çelsi”nin sabiq kapitanı Con Terri və “Liverpul”un hazırkı kapitanı Vircil van Dayk arasında seçim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, “Çelsi”nin 2018-ci ildə karyerasını başa vuran keçmiş müdafiəçisinə üstünlük verib:

“Əlbəttə ki, Terri mənim üçün daha yaxşıdır. Van Dayk fantastik oyunçudur, onun “Liverpul”dakı nailiyyətləri, xarakteri və liderlik keyfiyyətləri böyük hörmətə layiqdir. Amma mən Terrini bütün zamanların ən yaxşılarından biri hesab edirəm”.

Van Dayk 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edir.

Mata 2009-2016-ci illərdə İspaniya millisində oynayıb. O, klub karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe” kimi komandalarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button