AÇ-2020: “Onlar İspaniya millisini məğlub etməyimizə kömək olacaqlar”

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin 1/8 final mərhələsində İspaniya ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Daliç, qələbə qazanmağa çalışacaqlarını deyib:

“Mümkün olan ən güclü rəqiblə oynayacağıq. İsveç millisi ilə oyun daha asan olardı, ancaq indi nə edə bilərik?

İspanlar yüksək səviyyədə oyun nümayiş etdirirlər. Gənc və sürətli bir komandadır. Oyuna yaxşı hazırlaşmalıyıq. Bizim də üstünlüklərimiz var.

Qarşıda bizi çətin oyun gözləyir. İspanlar təzyiq edəndə, diqqətli olmalı və topu itirməməliyik. Ancaq müdafiə olunsaq, bizim üçün çətin olacaq. Hücumlar etməli olacağıq.

Azarkeşlərimizin dəstəyi bizim üçün önəmlidir. Xorvat azarkeşlərin daha çox olacağını düşünürəm. Onlar İspaniya millisini məğlub etməyimizə kömək olacaqlar”.

Xorvatiya – İspaniya matçı iyunun 28-də, Danimarkanın paytaxtı Kopenhagendə yerləşən “Parken” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button