“O, xüsusi futbolçudur, onun kimiləri azdır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi “Yuventus”la yoldaşlıq oyununda (2:2) etdiyi dubla görə hücumçu Osman Dembeleni tərifləyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, baş məşqçi Dembeleni xüsusi futbolçu adlandırıb:

“Osman nəyə qadir olduğunu göstərdi. O, xüsusi futbolçudur, onun kimiləri azdır. Dembele “Barselona”ya çox şey verir və meydanda fərq yaratmağı bacarır. Keçən ilin noyabrından mən onun içindəki köhnə Dembeleni tanımıram və bundan çox məmnunam “.

25 yaşlı Dembele bu yay azad agent kimi “Barselona”dan ayrıla bilərdi, lakin klub və oyunçu 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan yeni müqavilə imzalamaq barədə razılığa gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button