Xavi Ançelotti ilə görüşündən danışdı

“Barselona”nın baş məşqçisi Xavi “Real”ın çalışdırıcısı Karlo Ançelotti ilə görüşdən danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Xavi, Ançelotti ilə həmişə yaxşı münasibətdə olduğunu bildirib:

“Ançelotti ilə həmişə yaxşı münasibətim olub. Biz gülümsədik və bir-birimizə dedik: “Tezliklə görüşərik” – “el klasiko”da”.

Xatırladaq ki, Xavi ilə Ançelotti İspaniya Kral Futbol Federasiyasının məşqçilər komitəsinin təşkil etdiyi peşəkar klub məşqçilərinin toplantısına dəvət olunub.

“Real” altı matçda 18 xal toplayıb və İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. İkinci yerdə “Barselona” (16) qərarlaşıb. La Liqanın növbəti turunda “Barselona” “Malyorka”, “Real” isə “Osasuna” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin