Xarici KİV: Pokatilov “Sabah”ı Türkiyə klubuna dəyişmək istəyir

“Sabah”ın qolkiperi Stas Pokatilov komandadan ayrıla bilər. 

Komanda.az xəbər verir ki, bu barədə Qazaxıstanın “vesti.kz” portalı məlumat yayıb.

Portalın yaydığı xəbərə görə, 33 yaşlı qolkiper “Sabah”la müqaviləni yeniləməyib və xarici klublarla danışıq aparır. Xüsusilə də, Türkiyə klublarının onunla maraqlandığı bildirilir:

“Pokatilov Türkiyə Super Liqasında özünü sınamaqdan çəkinmir və yeni klubla ilkin müqavilə imzalamağa hazırdır. Qazaxıstanlı futbolçunun “Sabah”la müqaviləsi bu ilin iyun ayında bitir və bundan sonra o, azad agent kimi Türkiyəyə gedə biləcək”.

33 yaşlı qapıçı 2025-ci il yanvarın 21-də “Sabah”a keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button