Xarici KİV: “Neftçi” Vernidubu gözləməyəcək

Ukraynalı məşqçi Yuri Vernidubun “Neftçi”yə keçidi tez bir zamanda baş tutmayacaq. 

Komanda.az “sport.ua” portalına istinadən xəbər verir ki, bu, 59 yaşlı məşqçinin ölkəni tərk edə bilməməsi ilə bağlıdır. Belə ki, müharibə vəziyyəti səbəbindən Vernidub Ukraynanı yalnız 22 yanvar 2026-cı ildən sonra, yəni, 60 yaşı tamam olduqda tərk edə bilər.

Ukrayna mətbuatının iddiasına görə, “Neftçi” yeni məşqçi üçün iki ay gözləməyə hazır deyil. Amma “ağ-qaralar” Vernidubu baş məşqçi postunda görməyi çox istəyir.

Ukraynada səfərbərlik yaşı 25-dir, lakin Rusiyanın başlatdığı müharibəyə görə, 18 yaşdan yuxarı bütün kişilərə ölkədən sərbəst çıxmaq qadağan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button