Xarici KİV: Messi PSJ-də qalacaq

Lionel Messi PSJ ilə müqaviləsini uzatmaq qərarına gəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 35 yaşlı argentinalı Paris klubu ilə müqaviləni 2024-cü ilə qədər uzadacaq. Növbəti mövsümün sonunda isə o, MLS-ə keçəcək və orada “İnter Mayami” klubu ilə müqavilə imzalayacaq.

Messi hesab edir ki, Şimali Amerikaya getmək ona 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Hücumçunun PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button