“Xəyallarımızdakı rəqiblərlə qarşılaşacağıq” – “Viktoriya”nın futbolçusu

Çexiyanın “Viktoriya” (Plzen) komandasının yarımmüdafiəçisi Yan Sikora UEFA Çempionlar Liqasında Avropanın top klubları ilə eyni qrupa düşmələrindən danışıb.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan futbolçu, nəhəng klublarla eyni qrupda olmağı fantastik adlandırıb:

“Bu, sadəcə fantastikdir. Xəyallarımızdakı rəqiblərlə qarşılaşacağıq. “Barselona” C qrupuna düşən kimi yalnız bu qrupu izlədim. “Bayern” və “İnter” də qrupumuzda olanda tamamilə gözəl oldu”.

“Viktoriya” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb – 0:0, 2:1.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button