“Vüqar Həşimov Memorialı”nın loqosu “Alov qüllələri”ndə

Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.

Komanda.az xəbər verir ki, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində – “Alov qüllələri”ndə əks olunur.

Paytaxt sakinləri turnirin loqosunu axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.

Bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button