“Vüqar Həşimov Memorial-2023”: Nicat Abasov ilk günün lideri oldu

Qəbələdə “Vüqar Həşimov Memorial-2023” superturnirinə start verilib.

Komanda.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində başlayan yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.

İki qələbə və bir heç-heçəyə imza atan Nicat Abasov 5 xalla turnir cədvəlinə başçılıq edir.

1-ci tur
Nicat Abasov (Azərbaycan) – Yorden Van Forest (Niderland) 0,5:0,5
Vidit Santoş (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rixard Rapport (Rumıniya) 0,5:0,5
Boris Qelfand (İsrail) – Arjun Eriqaisi (Hindistan) 0,5:0,5
Aydın Süleymanlı (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan) 0:1

2-ci tur
Arjun Eriqaisi – Rauf Məmmədov 0,5:0,5
Teymur Rəcəbov – Aydın Süleymanlı 0,5:0,5
Yorden Van Forest – Vidit Santoş 0,5:0,5
Rixard Rapport – Nicat Abasov 0:1
Boris Qelfand – Şəhriyar Məmmədyarov 0:1

3-cü tur
Şəhriyar Məmmədyarov – Arjun Eriqaisi 0:1
Nicat Abasov – Boris Qelfand 1:0
Vidit Santoş – Rixard Rapport 1:0
Aydın Süleymanlı – Yorden Van Forest 1:0
Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Xal durumu: Nicat Abasov – 5 xal, Vidit Santoş, Arjun Eriqaisi, Rauf Məmmədov – hamısı 4, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı – hamısı 3, Yorden Van Forest – 2, Rixard Rapport, Boris Qelfand – hər ikisi 1.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button