Volkan Dəmirəl bu klubun baş məşqçisi oldu

Türkiyənin “Hatayspor” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirələ tapşırılıb.

41 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil. Dəmirəl bu postda Sərkan Özbaltanı əvəzləyib.

Dəmirəl son olaraq “Fatih Karagümrük”ün baş məşqçisi olub.