“Vinisius hələ uşaqdır” – “Arsenal”ın futbolçusu

“Arsenal”ın və Braziliya millisinin hücumçusu Qabriel Jezus “Real”ın vingeri Vinisius Junior haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, “Real”ın futbolçusunun hələ uşaq olduğunu bildirib:

“Vini nə qədər yaxşı olduğunu və “Real”, milli komanda üçün nə qədər vacib olduğunu göstərir. Mən onun inkişafından çox razıyam. Vinisius hələ uşaqdır. Deyəsən, mən onu belə adlandıra bilərəm, elə deyil? Mən də hələ gənc oğlanam”.

Oktyabr ayında Vinisius və Jezusun çıxış etdiyi Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirəcək. Oktyabrın 13-də “sambaçılar” doğma stadionda Venesuela millisini qəbul edəcək. Daha sonra oktyabrın 18-də onlar səfərdə Uruqvayla qarşılaşacaqlar.

Jezus İngiltərə Premyer Liqasının cari mövsümündə 6 matçda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button