Villiandan azarkeşlərə: “…bu, haqsızlıqdır”

“Çelsi”nin yarımmüdafiəçisi Villian, son zamanlar azarkeşlər tərəfindən tənqid olunan Jorjinyo haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi, komanda yoldaşını dəstəkləyib:

“Bu vəziyyət haqqında danışmaq istəmirəm, amma düşünürəm ki, bu, haqsızlıqdır. Azarkeşlər onu tənqid edəndə, biz meydanda narahat oluruq. Futbolçular yaxşı oynamayanda da, formada olanda da bizi sona qədər dəstəkləmək üçün azarkeşlərimizə ehtiyacımız olur.

Jorjinyo bizim üçün çox vacibdir. Onun xüsusiyyətlərini bilirik, oyununa bələdik. Eyni şəkildə oynamağa davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button