“Vest Hem”in baş məşqçisi: “Komandamdan tam razıyam”

“Vest Hem”in baş məşqçisi Devid Moyes “Vulverhempton” üzərində böyükhesablı qələbəni (3:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis komandadan razı olduğunu bildirib:

“Avrokubokların qrupunu yaxşı başa vurduq. Komandamdan tam razıyam. Mən çox həzz aldım və oyunçuların matça şən, aqressiv şəkildə başlamasına çox təəccübləndim”.

“Çəkicdöyənlər” Premyer Liqada 17 turdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıblar. Moyesin “Vest Hem”lə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button