Deku “Atletiko” ilə matç haqda: “Şikayət etməyəcəyik”

“Barselona”nın idman direktoru Deku, İspaniya kubokunun yarımfinalında “Atletiko”ya qarşı (0:4) oyunda mübahisəli epizodlara münasibət bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, VAR və hakimlər haqda danışıb:

“VAR-ın necə işlədiyini, orada nə baş verdiyini başa düşmürəm. Artıq bilirik ki, bu, bəzən oyunlarımızda baş verir. “Atletiko”nun potensial qırmızı vərəqəsi ilə bağlı hadisəni yoxlamağa belə, əhəmiyyət vermədilər… Amma biz şikayət etməyəcəyik”.

Hakimlik oyunun ən çox müzakirə olunan mövzularından birinə çevrilib. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik hakimləri açıq şəkildə tənqid edib. Cavab matçı martın 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button