
Vaqif Cavadov Belçika klubunda təcrübə keçib
“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın “Vesterlo” klubunda təcrübədə olub.
Bu barədə Komanda.az-a Sumqayıt təmsilçisindən bildirilib.
Səfər zamanı həm əsas komandanın, həm də “Vesterlo” akademiyasının məşqlərini izləyən Cavadov bu əsnada klubun bir sıra rəsmiləri ilə görüşüb, onlarla müəyyən məsələlərdə fikir mübadiləsi aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



